Gənclərin «Qələbə yürüşü»

Aprelin 6-da Yeni Azərbaycan Partiyası və YAP Gənclər Birliyinin birgə təşəbbüsü ilə ötən ilin aprel döyüşlərində Azərbaycan Ordusunun qələbəsinin ildönümü münasibətilə «Qələbə yürüşü» keçirilib.
Yürüşdə Kollecimizin 100-ə yaxın tələbəsi iştirak edib. Minlərlə gəncin iştirak etdiyi «Qələbə yürüşü» Dənizkarı Milli Parkdakı «Saat qülləsi»nin yanından başlayıb. Gənclər yürüş boyunca «Şəhidlər ölməz, Vətən bölünməz!», «Qarabağ bizimdir, bizim olacaq!», «Torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanın əmrinə hər an hazırıq!» və digər vətənpərvər ruhlu şüarlar səsləndiriblər.
«Qələbə yürüşü» Dövlət Bayraq Meydanında dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Təbii qidalanma və ana südünün üstünlükləri

Read Next

Vərəm haqqında nələri bilməliyik

%d bloggers like this: