Şəhidlər ölməz, Vətən bölünməz!

29.03.2021-ci il tarixində vaxtı ilə kollecimizin “Müalicə işi” şöbəsində təhsil alan, 1992-ci ildə Şuşada qəhrəmancasına həlak olan Ağayev Nazim Ziyad oğlu və Nadirov Aslan Tanrıverdi oğlunun əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi. Kollecin direktoru Dilarə Məmmədəliyeva çıxış edərək qeyd etdi: “Biz çox xoşbəxtik ki, bu tarixi günlərin canlı şahidiyik. Ordumuzun qarşısında baş əyirik. Artıq Şuşanın dağlarının başında duman yoxdu, artıq bütün Qarabağın üzərində günəş öz şəfəqlərini saçır və bütün şəhidlərimizin qanı yerdə qalmadı”.
Kollecin həyətində qurulan abidənin önünə qərənfillər qoyuldu.

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Yeni Nokia smartfonlarının təqdimatının aprel ayında planlaşdırılır

Read Next

31 mart Azərbaycanlıların Soyqırımı Günü

%d bloggers like this: