“Dünya Azərbaycanlılarının Həmrəylik günü” 2018

2018.12.25 Kollecin akt zalında “Dünya Azərbaycanlılarının Həmrəylik günü” və Yeni il münasibətilə möhtəşəm bayram şənliyi keçirildi. Tədbiri açaraq kollecin direktoru Dilarə Məmmədəliyeva qonaqları, müəllim və tələbələri bayram münasibətilə təbrik etdi, onlara xoş arzularını bildirdi. Yasamal rayon Yeni Azərbaycan Partiyasının sədri Tağı Əhmədov çıxışında zalda əyləşən müəllim-tələbə heyətini bayram münasibətilə təbrik edərək qeyd etdi ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü-Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.
Bayram tədbiri kollecin Tələbə Həmkarlar Təşkilatının hazırladığı şeir kompozisiyaları, səhnəcik, rəqslər və mahnılarla davam etdi. Gözəl bayram şənliyi hər kəsə böyük sevinc və yüksək əhval-ruhiyyə bəxş etdi.

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Bilik müsabiqəsi

Read Next

Sosial fəaliyyət və könüllülüyün təbliği

%d bloggers like this: