Bilik müsabiqəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 dekabr doğum günü münasibəti ilə 2 nömrəli Bakı Baza Tibb Kollecində “Müalicə işi” və “Tibb bacısı işi” şöbələri arasında “Daxili xəstəliklər”, “Cərrahi xəstəliklər” və “Uşaq xəstəlikləri” fənnləri üzrə Olimpiada keçirildi. Müsabiqəni açaraq kollecin direktoru Dilarə Məmmədəliyeva Prezidentimiz İlham Əliyev cənablarını ad günü münasibəti ilə təbrik etdi möhkəm cansağlığı, firavanlıq, səadət və işlərində müvəffəqiyyətlər arzuladı.
Olimpiada 3 turdan təşkil olunmuşdu:
I turda – Ağciyər ürək reanimasiyası
II turda- Yeni doğulmuşların ilkin tualeti və 3 aylıq uşağın vaksinasiyası
III turda – Qanaxmalar və sınıqlar zamanı ilk tibbi yardım
Hər turdan sonra komandalar münsiflər heyəti tərəfindən qiymətləndirildi.
I və III turun qalibi “Müalicə işi” şöbəsinin “Feldşer” komandası, II turun qalibi isə “Tibb bacısı işi” şöbəsinin “Tibb bacısı” komandası oldu.
Turlar arası fasilədə kollecimizin tələbələri musiqi nömrələri ilə çıxış etdilər. Olimpiadanın qalibi “Müalicə işi” şöbəsinin “Feldşer” komandası seçildi.
Turlar üzrə qalib olan komandanın kapitanlarına sertifikatlar və iştirakçiların hər birinə hədiyyələr təqdim olundu.
Kollecin direktoru hər iki şöbənin təşkilatçılarına öz təşəkkürünü bildirdi və belə işlərin davamlı olmasını tösiyyə etdi.

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Konfrans “Ortodontiya”

Read Next

“Dünya Azərbaycanlılarının Həmrəylik günü” 2018

%d bloggers like this: