BAKI 2015 AVROPA OYUNLARI

Bakıda Avropanın idman hərəkatında yeni dövrün başlandığını bildirən birinci Avropa Oyunları bütün 17 yarış günü ərzində yüz minlərlə insanın təbəssümü və paytaxtımıza, ölkəmizə dərin minnətdarlıq sözləri ilə əlamətdar oldu.
Dövlətimiz və şəxsən onun başçısı Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev və Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Milli Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın böyük qayğısı sayəsində Azərbaycan idmanı nəyə qadir olduğunu bir daha bütün dünyaya göstərdi.
Bu möhtəşəm və tarixi hadisənin Açılış və Bağlanış Mərəsimində 2 Nömrəli Bakı Baza Tibb Kollecindən 38 könüllü tələbə iştirak edirdi. Hər bir könüllünün fərdi olaraq verdiyi töhfə mərasimlərin uğurla keçirilməsi üçün vacib amil idi. Hər bir könüllünün həvəsi və peşəkarlığı sayəsində “Bakı – 2015” ruhu canlandırıldı.

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

ORTOPEDIK STOMATOLOGIYA ŞÖBƏSINDƏ YARIŞ

Read Next

BILIK GÜNÜ 15 SENTYABR 2015 CI IL

%d bloggers like this: