Azərbaycanlıların soyqırımı

2018.03.29 tarixində 2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllim – tələbə heyəti “31 mart-Azərbaycanlıların soyqırımı”na həsr olunmuş tədbirdə iştirak etdilər. Vaxtı ilə kollecimizin “Müalicə işi” şöbəsində təhsil alan, 1992-ci ildə Şuşada qəhrəmancasına həlak olan Ağayev Nazim Ziyad oğlu, Nadirov Aslan Tanrıverdi oğlunun və 1918-ci ilin mart ayında Azərbaycanlıların kütləvi surətdə qırğına, repressiyalara məruz qalan, doğma yurdlarından sürgün edilən insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Kollecin direktoru t.e.n D.Ə.Məmmədəliyeva və İctimai fənlər müəllimi K.Sadıqova çıxış etdilər. Sonra tələbələrin hazırladığı bədii kompozisiya təqdim olundu.
Kollecin həyətində qurulan abidənin önünə qərənfillər qoyuldu.

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Novruz-2018

Read Next

Akademik Zərifə Əliyeva 95

%d bloggers like this: