5 may Beynəlxalq Mama Günü

İki onillikdən artıqdır ki, 5 may Beynəlxalq Mama Günü kimi qeyd olunur (İnternational Day of the Midwife). Bayramın ideyasını 1987-ci ildə Hollandiyada keçirilən konfransda beynəlxalq mamalar Assosiasiyası təklif edib. Yalnız 1992-ci ildən həmin gün rəsmi bayram statusunu əldə edib və bu gün 50-dən çox ölkədə qeyd olunur.
Beynəlxalq mamalıq Konfederasiyası bu günü “Bu gün dünyanın hər zamankindən daha güclü mamalara ehtiyacı var” şüarı altında qeyd edir. Mama, çox məsuliyyətli bir peşədir. Bu vəzifədə çalışan və öz həyatını ona həsr edən insan ən məhrəm məsələ ilə-uşağın dünyaya gəlməsi ilə məşğul olur. Körpənin və anasının həyatı və sağlamlığı onun hərəkətlərinin düzgün və peşəkarlığından asılıdır. Mama peşəkar keyfiyyətləri ilə yanaşı həssaslığa, dözümlülüyə və xeyirxahlığa malik olmalıdır, mamada şəfqət və empati hissi üstünlük təşkil etməlidir. Bu peşənin insanlarından təkcə fiziki deyil, həm də ananın və uşağın psixoloji sağlamlığı-deməli, bəşəriyyətin, bütün gələcək nəslinin fiziki və psixoloji sağlamlığı asılıdır.
Son 15 il ərzində mamalar öz sahələrinin inkişafında böyük sıçrayış ediblər-həkim yardımcısından başlayaraq, onlar müstəqil mütəxəssis kimi formalaşıb, tibb müəssisələrində işlərin çox hissəsini görürlər. Doğuş zamanı və doğuşdan sonrakı dövrdə ana və uşaq sağlamlığının qorunması xidmətləri ilə yanaşı, yeni varlığın doğulmasına kömək edən,doğuşdan əziyyət çəkən ananın ağrısını yüngülləşdirilməsini təmin edən, mamalıq peşəsi cəmiyyətdə çox mühüm yer tutur. Çox çətin iş rejimi ilə öz vəzifə borclarını yerinə yetirməyə çalışan mamalar bizim səhiyyə sisteminin əvəzolunmaz elementlərindən biridir.
Dünyanı təşvişə salan yeni koronavirus (COVİD-19) pandemiyası bizim ölkəmizdəndə yan keçməmişdir. Xüsusiylə, bu ağır günlərdə, həkimlərimizin fədakar əməyini vurğulamamaq mümkün deyil. İlk növbədə vətəndaşlıq borcları ilə yanaşı vəzifə borclarını maksimum dərəcədə, şərəflə yerinə yetirən mamalar qarşısında baş əyirik. 2 nömrəli Bakı Baza Tibb kollecinin müdriyyəti, müəllim- tələbə heyətinin adından fədakar mamalara, yorulmadan və hər bir riski gözə alaraq dünyaya yeni nəslin gəlməsinə çalışıb və gələcəkdə anaların sağlamlığının keşiyində durduqları üçün dərin minnətdarlığımızı bildiririk.

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Koronavirus (COVİD-19)

Read Next

12 may Beynəlxalq Tibb Bacısı Günüdür

%d bloggers like this: