31 Mart – Azərbaycanlıların Soyqırımı günü

31.03.2017 kollecimizdə Azərbaycanlıların Soyqırımı günü münasibətilə tədbir kecirildi. HİK-in sədri S.Zeynalova və Azərbaycan tarixi fənn müəllimi Z.Qasımov çıxış edərək 1918-ci ilin 30 mart və 03 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcədə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaqstyundan olan erməni silahlı dəstələrinin Azərbaycanlılara qarşı törətdikləri qırğın, rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12000 yaxın Azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə insan itkin düşdüyü haqda məlumat vermişdirlər. Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunduğu haqda tələbələrə çatdırmışlar. Tədbirdə vətən uğrunda canlarını qurban verən 2 tələbəmizin Ağayev Nazim və Nadirov Aslanın əziz xatirəsi yad edildi, onların yaxın qohumlarının ürək sözləri eşidildi. Tədbir tələbələrin hazırladığı bədii hissə ilə tamamlandı. Sonda şəhid tələbələrimizin abidəsi önünə qərənfillər qoyuldu.

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Novruz şənliyi

Read Next

Təbii qidalanma və ana südünün üstünlükləri

%d bloggers like this: