22.06.2016. Məzun günü

22.06.2016-cı il tarixdə 2 nömrəli Bakı Baza Tibb Kollecində Məzun günü keçirilmişdir. Tədbirdə Bakı şəhəri Yasamal İcra Hakimiyyətinin nümayəndələri, Respublika Klinik Xəstəxananın baş həkimi T.İbadov, “Xalq” qazetinin İqtisadiyyat şöbəsinin baş müxbiri M.Yaqubzadə, valideynlər və kollecimizin müəllim – tələbə heyəti iştirak etmişlər.
Tədbiri kollecin direktoru t.e.n D.Ə.Məmmədəliyeva açdı. Daha sonra qonaqlar çıxış etdi. Təhsil aldıqları illər ərzində fərqlənən tələbələr fəxri fərmanla təltif olundular, onların valdeynlərinə təşəkkürnamə təqdim olundu. Bədii hissə kollec haqqında qısa metrajlı filmlə başladı. Sonra 2 Nömrəli Bakı Baza Tibb Kollecinin “Şəfa” rəqs ansamblının və tələbələrin çıxışları ilə tamamlandı.
Əziz məzunlar, yolunuz uğurlu və açıq olsun!

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Vəli Axundov-100

Read Next

Bilik günü

%d bloggers like this: