“1 dekabr Ümumdünya QİCS-lə mübarizə günü”

2 nömrəli Bakı Baza Tibb Kollecinin akt zalında müəllim-tələbə heyətinin iştirakı ilə “1 dekabr Ümumdünya QİCS-lə mübarizə günü”nə həsr olunmuş konfrans keçirildi.
Konfransın birinci hissəsində “Yoluxucu xəstəliklər” fənn birləşməsinin müəllimləri Könül Budaqova və Lamiyə Əliyeva QİCS xəstəliyinin tarixi, klinik gedişi, diaqnostika və profilaktikası haqqında məlumat verdilər. Çıxışlar slaydlarla müşayiət olundu. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Respublika QİCS-lə Mübarizə Mərkəzinin birlikdə hazırladığı sosial çarx göstərildi. Sonda “Müalicə işi” və “Tibbi profilaktika” şöbələrinin tələbələri QİCS xəstəliyinə yoluxan insanlara həsr edilmiş tamaşa təqdim etdilər.

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Ana südü ilə qidalanma

Read Next

BİLİK YARIŞMASI

%d bloggers like this: