Problemli bağlamalar üzrə operator tələb olunur
30 gün qalıb
Apply NowProblemli bağlamalar üzrə operator tələb olunur
Təsvir
-
Nə vaxt yerləşdirilib
Dekabr 17, 2024
-
Müraciət üçün son gün
December 17, 2024
-
Şəhər
Bakı
-
Əmək haqqı
650₼ - 700₼/aylıq
-
İş təcrübəsi
1-3 il
-
Cins
Vacib deyil
Starex Global-dan vakansiya: Problemli bağlamalar üzrə operator tələb olunur
Vəzifə öhdəlikləri:
– Gecikmiş, zədələnmiş, itirilmiş və ya səhv ünvanlanmış bağlamaları izləmək və aşkar etmək.
– Problemli bağlamaların vəziyyətini sistemdə qeydiyyata almaq və gündəlik hesabat hazırlamaq.
– Filiallara göndərilən problemli bağlamaların yoxlanılması
– CRM şöbəsindən gələn sorğuların cavablandırılması.
– Mərkəzi anbara gələn sorğuların cavablandırılması .
– Xarici anbarlarla əlaqə saxlayıb problemli bağlamaların səbəbinin araşdırılması
– Müvafiq şöbələrlə yaranan nöqsanların araşdırılması və aradan qaldırılması
– Strarex və digər şirkətlərlə yaranan nöqsanların araşdırılması və aradan qaldırılması
– Müvafiq hesabatların hazırlanması və birbaşa rəhbərə təqdim edilməsi
– Problemin mənbəyini araşdırmaq üçün anbar, kuryer və müştəri xidmətləri şöbələri ilə əməkdaşlıq etmək.
– Bütün problemli bağlamaların qeydiyyatını sistemdə düzgün və vaxtında aparmaq.
– Gündəlik və həftəlik olaraq problemli bağlamalar haqqında rəhbərliyə hesabat təqdim etmək
Namizədlərə tələblər:
– Təhsil: Orta ixtisas və ya ali təhsil (logistika, idarəetmə və ya oxşar sahə üstünlükdür).
– Təcrübə: Minimum 1 il müştəri xidmətləri və ya logistika sahəsində iş təcrübəsi.
– Bilik və Bacarıqlar:
– Problemlərin həlli və analiz qabiliyyəti.
– Microsoft Office proqramlarından istifadə (Excel, Word, Outlook və s.).
– Əla ünsiyyət və müştəri ilə işləmə bacarıqları.
– Detallara diqqət və vaxtı idarəetmə qabiliyyəti.
İş rejimi:
– İş rejimi: 6 günlük iş həftəsi
– İş yeri: Mərkəzi Anbar ( Ulduz Metrosu yaxınlığı)
– Əlavə Tələblər: İş rejimində çeviklik və təzyiq altında işləmək bacarığı.
Əmək haqqı:
– Aylıq məvacib 650-700 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Problemli bağlamalar üzrə operator” qeyd edərək BU LINKƏ əlavə edib göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur