Tibbi çağrı mərkəzi üzrə assistent tələb olunur

30 gün qalıb

Apply Now

Tibbi çağrı mərkəzi üzrə assistent tələb olunur

30 gün qalıb

Apply Now

Təsvir

  • Nə vaxt yerləşdirilib

    Dekabr 20, 2024

  • Müraciət üçün son gün

    December 20, 2024

  • Şəhər

    Bakı

  • Əmək haqqı

    Razılaşma

  • İş təcrübəsi

    1 ildən aşağı

  • Cins

    Xanım

5/5 - (5 səs)

PAŞA Sığorta ASC vakansiya elan edir: Tibbi çağrı mərkəzi üzrə assistent tələb olunur

Vəzifə öhdəlikləri:
– İş vaxtı ərzində sığorta olunmuş şəxslərə sığorta proqramına dair məsləhət xidmətinin göstərilməsi, sığorta olunanların hüquq və vəzifələrinin izahı;
– İş vaxtı ərzində sığorta hadisələri ilə bağlı müraciətlərin müvafiq tibb müəssisələrinə yönləndirilməsi;
– Ehtiyac olduqda sığorta olunan şəxslərə tibbi yardım göstərilməsi və ya hospitalizasiya məqsədilə tibb müəssisəsinin seçimində köməklik, sığorta olunanların hospitalizasiyasının təşkili;
– Sığorta olunan şəxslərin maraqlarının müdafiəsi məqsədilə tibb müəssisələrinin sığorta şöbələrinin nümayəndələri və müalicə həkimləri ilə bilavasitə danışıqların aparılması;
– Tibbi sığorta üzrə baş vermiş sığorta hadisələrinin ilkin tənzimlənməsi üzrə işlərin aparılması, sığorta olunanların müraciət faktları ilə bağlı tibb müəssisələrindən daxil olan məlumatların ProTech Sisteminə daxil edilməsi;
– Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

Namizədlərə tələblər:
– Tibb üzrə ali təhsil;
– Kompyuter bilikləri: Microsoft Office proqram təminatı paketi üzrə əsas biliklər;
– Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dilində baza danışıq bacarığı arzu olunandır.
– Tibbi sığorta sahəsində və ya müvafiq səhiyyə sahəsində ən azı 1 il iş təcrübəsi arzuolunandır.
– Ünsiyyət qurmaq bacarığı;
– Qeyri standart vəziyyətə cəld reaksiya vermək

Əmək haqqı:
– Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Tibbi çağrı mərkəzi üzrə assistent” qeyd edərək recruitment@pasha-insurance.az elektron poçt ünvanına göndərmələri xahiş olunur
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur

 

guest
0 Comments
Köhnə
Yeni Ən çox səs verilən
Inline Feedbacks
View all comments
Call employer