Türkiyə “Google”u cərimələyib

Google Wolverine hazırlayır

Türkiyə hakimiyyəti “Google” şirkətini ölkənin rəqabət qanunlarını pozduğuna görə 296 mln. lirə (36,6 mln. ABŞ dolları) məbləğində cərimələyib.

Bu barədə Türkiyənin Rəqabət Qurumunun açıqlamasında deyilir.

Bildirilir ki, “Google” rəqiblərini xaric edərək ümumi axtarış nəticələrinin üstündə mətn elanları yerləşdirib. Bununla da şirkət məzmun bazarında sadə axtarış nəticələrini çətinləşdirərək qanunu pozub.

İstintaq texnoloji nəhəngin “Google Reklamcilik ve Pazarlama Ltd.”, “Google International LLC”, “Google LLC”, “Google Ireland Ltd.” və “Alphabet” törəmə şirkətlərinə qarşı aparılıb.

Xatırladaq ki, 2019-cu ildə Avropa Komissiyası “Google”u internet reklamına dair Avropa İttifaqının antiinhisar qaydalarını pozduğuna görə 1,69 mlrd. dollar cərimələmişdi.

 

Mənbə: https://www.aa.com.tr/

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

“Hər 100 manatlıq əməliyyatın 62 manatı onlayn bankçılığın payına düşür”

Read Next

Qafqaz Müsəlmanları İdarəsinin internet televiziyası fəaliyyətə başlayıb

%d bloggers like this: