Google şirkəti illik Google I/O Developers Conference 2021-in 18 May – 20 May tarixlərində olacağını rəsmi olaraq təsdiqlədi. Bu məlumatı Google şirkətinin rəhbəri Sundar Pichai yayımladı.
Google I/O tədbiri bu il onlayn keçiriləcək və hamı üçün pulsuz izləmə imkanı olacaq. Konfransda Android 12 əməliyyat sisteminin rəsmi təqdimatı və Google əməkdaşları iştirakı ilə müxtəlif texniki seminarların keçirilməsi gözlənilir.
Yeni Android 12 əməliyyat sistemi bu tədbir zamanı istehsalçılar üçün əvvəlcədən qurulmuş formatda təqdim olunacaq. Android 12 beta testinin qısa müddət sonra başlayacağı gözlənilir və şirkət əməliyyat sisteminin son versiyası üçün çıxış tarixini elan edəcək.
Əlavə olaraq Google I/O Developers Conference-da Google-un virtual köməkçi Google Assistant, Google Chrome brauzeri və digər xidmətləri üçün yeniliklərdən də danışacağını söyləyirlər.
Mənbə: https://www.ixbt.com/