OnePlus şirkətinin CEO’su Pete Lau, istifadəçilərin suallarını cavablandırarkən yeni smart-saat OnePlus Watch-un RTOS (Real-Time Əməliyyat Sistemi) əsasında sistem alacağını söylədi. Onun sözlərinə görə, bu yenilik işin hamarlığı və ən əsası əla batareya ömrü təklif edir.
Xatırladaq ki, OnePlus Watch 46 mm ölçülü, iki gövdə rəngi, IP68 qorunması və 4 GB yaddaş əldə edəcəkdir. Saat zəngləri cavablandıracaq, bildiriş alacaq və musiqini və OnePlus TV-ləri idarə edə biləcək. Bundan əlavə, cihaz avtomatik olaraq məşqləri aşkarlayacaq, həmçinin yuxu, stres, ürək dərəcəsi və qan oksigen (SpO2) səviyyələrini izləyəcək.
Saat əvvəlcədən quraşdırılmış daha bir çox saat üzü və sürətli şarj üçün dəstək alacaq.
Mənbə: https://forums.oneplus.com