“HUAWEI” şirkətindən HUAWEI FreeBuds 4i simsiz qulaqcıqlar

“HUAWEI” şirkətindən HUAWEI FreeBuds 4i simsiz qulaqcıqlar

Huawei güclü batareya, ətraf səslərin aktiv şəkildə azaldılması sistemi, dəbli kompakt dizayn və yüksək səs keyfiyyəti ilə təmin olunan HUAWEI FreeBuds 4i simsiz qulaqcıqlarını təqdim edir.

Yeni qulaqcıqlar HUAWEI FreeBuds seriyasının yüksək avtonomluq, sürətli batareya doldurma, keyfiyyətli səs və ətraf səslərin aktiv şəkildə azaldılması kimi imkanlarını qoruyub saxlayıb.

Ətraf səslərin aktiv şəkildə azaldılması rejimi: HUAWEI FreeBuds 4i daxilə quraşdırılmış mikrofonlar vasitəsilə ətraf səsləri aşkar edir və maneələri dəf edən əks səs dalğaları yaradır. Alqoritm, kondisioner, PK ventilyatoru, insanlar, nəqliyyat, ofis, vağzal və hava limanları daxil olmaqla, müxtəlif səslərin azaldılması üçün nəzərdə tutulub. Kənar səsləri azaltmaq və maksimal rahatlıq və səs keyfiyyətini təmin etmək üçün HUAWEI FreeBuds 4i üç texnologiyadan istifadə edir. Şirkətin səs sahəsinin yaradılması sistemi mikrofonlara istifadəçinin səsini yüksək dəqiqliklə müəyyən etməyə imkan verir. İki mikrofon küləyin səsini azaldır, intellektual səs-küy aradan qaldırma alqoritmi isə kənar səsləri filtrləyir.

Məlumatlandırma rejimi: Bundan əlavə qulaqcıqları çıxarmadan ətraf səsləri eşitməyə imkan verən səs rejimini aktivləşdirmək mümkündür. Ətraf səslərin aktiv şəkildə azaldılması rejimindən səs rejiminə avtomatik keçmək üçün sensor düyməsini basılı saxlamaq kifayətdir. Bu rejim başqaları ilə ünsiyyət qurmağa və ətraf mühit səslərini eşitməyə imkan verir.

Kompakt və müasir dizayn: Cihaz minlərlə erqonomik sınaqlarından keçmiş, bu isə qulağa sabit oturan, bütün gün tam rahatlıqla taxıla bilən formada qulaqcıq yaratmağa imkan vermişdir. Komplektə daxil olan müxtəlif ölçülü üç yumşaq silikon yastıq uyğun variantı seçməyə kömək edir.

Toxunuş idarəetməsi: İstifadəçilər bir neçə sadə toxunuşla musiqi oxuda, zənglərə cavab verə və ətraf səslərin azaldılması sistemini aktivləşdirə bilər. EMUI 10.0 və ya daha yeni versiyalı HUAWEI smartfonları ilə istifadə olunduqda cihazları sürətli şəkildə cütləşdirmək mümkündür: adapter qutusunu nə vaxt açsanız telefonunuzun ekranında qulaqcıqların qoşulması üçün sorğu, iş zamanı isə qulaqcıqların və adapter qutusunun batareya səviyyəsi əks etdiriləcək.

 

Mənbə: https://baku.ws/

 

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

Azərkosmos “Azconnexus” peyk interneti platformasını istifadəyə verib

Read Next

Azərbaycandan Türkiyə ən sərfəli pul köçürməsi “Azərpoçt”da

%d bloggers like this: