Ağıllı qolbağ Xiaomi Mi Band 6 kütləvi istehsala buraxılıb

Xiaomi Mi Band 6

Huami şirkəti Amazfit və Zepp markaları altında, o cümlədən Xiaomi ağıllı qolbağı cihazlar barəsində gələcək planlara toxunan yeni bir maliyyə hesabatı yayımladı.

Xəbərdə bildirilir ki, yeni Xiaomi Mi Band 6 model artıq kütləvi istehsala buraxılıb. Beləliklə, çox güman ki, Mi Band 6-nın rəsmi təqdimatı bir azdan olacaq.

Xatırladaq ki, yeni məhsul 30-a qədər idman rejimi, səsli köməkçi Alexa üçün dəstək, qan oksigen səviyyələrini ölçmək üçün bir sensor və mesajlara cavab vermək qabiliyyəti kimi genişlənmiş ekrana sahibdir.

Bundan əlavə, Huami, Amazfit və Zepp-in bəzi fitness qolbaqları və ağıllı saatlarına elektrokardiogram, qan təzyiqi və qlükoza səviyyələrini ölçmək üçün funksiyalar əlavə edəcəyini və Spotify xidmətinin inteqrasiyasını vəd edir.

Mənbə: https://www.gizmochina.com/

Ilbiz Texnologiya Xəbərləri

Yerli və xarici bazardan Ən Son Yüksək Texnologiya Xəbərləri. Yeni Telefonlar, Planşetlər, Kompüterlər, Soft və digər İT-xəbərləri bir yerdə

Read Previous

“Mobil notariat” tətbiqinə yeni funksiyalar əlavə olunub

Read Next

“Azercell” “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqinə artıq hazırdır!

%d bloggers like this: